16 yaşlı qız atasından hamilə qaldı
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiyada 16 yaşlı məktəbli 3 il müddətində ögey atası tərəfindən təcavüzə məruz qaldığını deyib. Anasının da bundan xəbəri olub.
Metbuat.az olke.az-a istinadən xəbər verir ki, yeniyetmə 2021-ci ildə ögey atasından hamilə qalsa da, uşağı salıb. Bundan sonra azyaşlı ötən ilin dekabrında uşaq evinə göndərilib. Anası və ögey atası valideynlik hüququndan məhrum edilib.
Bundan əvvəl isə o, müayinə üçün xəstəxanaya yerləşdirilib, məktəbli qız ona qarşı zorakılıq törədildiyini etiraf edib. Yeniyetmə deyib ki, 3 il əvvəl o, nəticələrini dərk etmədiyi və vəziyyətin ağırlığını anlamadığı üçün özü də yetkin kişi ilə cinsi əlaqəyə girməyə razılaşıb. Bundan sonra ögey ata qızına dəfələrlə təcavüz edib. Hazırda şübhəli şəxs barəsində cinayət işi başlanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.