fbpx

17 metrlik cərimə zərbəsi, üç dəfə zədələnən futbolçu…

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


2016-cı ildən isə Bundesliqa oyunlarına təyinat alan alman referi Patrik İtriç futbolda inqilabi dəyişikliklər təklif edib.

Metbuat.az fanat.az-a istinadən xəbər verir ki, 44 yaşlı ədalət təmsilçisi bu barədə “Sport Bild”ə fikirlərini çatdırıb.

Referinin ilk təklifi meydanın mərkəzində baş verən taktiki qayda pozuntularına aiddir. Hakimin fikrincə, belə vəziyyətlərdə qapıdan 17 metr aralıda cərimə zərbəsi təyin olunmalıdır ki, nəticədə bu cür davranışların sayını azalda bilər.

Rüya tabirlerini burdan oku

Hakim oyunçuların bilərəkdən, yəni vaxtı uzatmağa yönəlik davranışlarını da azaltmağın “yolunu tapıb”. Meydanda üç yıxılma halında futbolçu tibbi yardım almaq üçün üç dəqiqə meydançanı tərk etməli olacaq. Beləliklə, daha az vaxt “oğurlanmış” olacaq.

Təklifə görə, hakimi təhqir edənlər ciddi şəkildə cəzalandırılacaq. Belə olan halda ehtirasları sakitləşdirmək üçün oyunçu on dəqiqə oyundan kənarlaşdırılacaq. “Biz bu mənada həndboldan öyrənə bilərik”, – deyən İtriç nəhayət oyun zamanı meydançada baş verən insidentləri necə dayandırmaq barədə də təklif verib. Komandanı qane etməyən qərardan sonra bütün oyunçular hakimin yanına qaçsa, ədalət təmsilçisinin onlardan üçünü meydandan qovmaq hüququ olacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#metrlik #cərimə #zərbəsi #üç #dəfə #zədələnən #futbolçu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu