fbpx

18 yaşı olmayanlar nikaha girə bilməyəcək



Azərbaycanda nikah yaşının 1 il azaldılmasına icazə verilməsi ilə bağlı qanunvericiliyin müəyyən etdiyi hal ləğv edilib.

BEY.AZ xəbər verir ki, Ailə Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, nikah yaşı qəti olaraq 18 yaş müəyyən olunur.

Hazırkı vaxta qədər isə üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilirdi.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin