2-3 yaşlı uşaqlar 10 aylıq körpəyə oxşayır / FOTO
BEY.AZ informasiya agentliyi xəbər verir
ABŞ-ın Əfqanıstandan geri çəkilməsindən sonra beynəlxalq yardımların kəsilməsi və iqtisadi böhranın dərinləşməsi kimi problemlərin artması ilə müharibə, aclıq və yoxsulluq ilk növbədə uşaqlara təsir etməyə başladı.
Metbuat.az xəbər verir ki, insan orqanizminin ehtiyac duyduğu qida elementlərinin daimi çatışmazlığı olaraq təyin olunan qida çatışmazlığından əziyyət çəkən uşaqlar ana südü ilə bağlı ən əsas hüquqlarından məhrum olurlar. Səbəb ölkədəki yoxsulluq nəticəsində anaların qidalanmamasıdır. Həyati vacib qidaları belə ala bilməyən analar qısa müddətdə süddən kəsilir. Lazımi qida əlavələrinin olmaması körpələrdə və uşaqlarda inkişafda nəzərəçarpacaq ləngiməyə səbəb olur.Vəziyyət o həddə çatıb ki, 2-3 yaşlı uşaqlar 8-10 aylıq körpələrə bənzəyir. Yaşına baxmayaraq sürünə bilməyən körpələr öz ölkəsində 40 ilin yükünü daşıyan kimi ayaq üstə dura, yeriyə bilmir.
Düzgün qidalanmadığı üçün süddən kəsilən 25 yaşlı Vəfa adlı qadın deyib ki, günlərdir quru çörək və çaydan başqa heç nə yeməyib. Bu səbəbdən qadının övladına verəcək südü də qalmayıb.
Klinikalarda uşaqların sayının artması ölkədə həyəcan təbili çalmasının ən böyük göstəricisidir. Hazırda xəstəxanalar bir çox imkansızlıqla mübarizə apararkən, övladlarının əsas qida ehtiyaclarını ödəyə bilməyən analar qida çatışmazlığısəbəbindən klinikaları qarşısında uzun növbələr yaradırlar. Xəstəxana və poliklinikalarda minimum sanitar şərait yoxdur. Analar uşaqlarını gətirəndə onlara qısa müddətli qida əlavələri verilərək evlərinə göndərilir və 2 həftə və ya 1 ay sonra yenidən yoxlanılır. Normalda stasionar müalicəyə ehtiyacı olan bir çox uşaq klinikaların yetərsizliyi səbəbindən evə göndərilir. Klinikaların imkanları yetərli olmadığından yalnız həyati təhlükəsi olan uşaq və körpələr xəstəxanaya yerləşdirilir.
UNICEF-in 2021-ci ilin oktyabrında verdiyi bəyanata görə, Əfqanıstanda 5 yaşa qədər 3,2 milyon uşaq qida çatışmazlığından əziyyət çəkir və onlardan ən azı 1 milyonu ölüm riski altındadır.
Taliban hökumətinin Səhiyyə Nazirliyinin sözçüsü həkim Cavid Hacır Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF kimi beynəlxalq qurumlar tərəfindən verilən qida əlavələrini ölkənin hər yerinə çatdıracaqlarını bildirib. Ölkədə işsizlik, yoxsulluq və aclıq qorxulu səviyyədədir. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) qış aylarında Əfqanıstanda kəskin ərzaq çatışmazlığı ilə üzləşən insanların sayının 22,8 milyon nəfərə yüksələcəyini açıqlayıb.
Gülbəniz Hüseynli / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.