2 aydan sonra cəsədi tapılan xanım zirzəmidə basdırılıbmış
Lənkəranda bir müddət öncə itkin düşən qadının meyiti tapılıb.
BEY.AZ xəbər verir ki, mərhumun meyitinin Lənkəranda Hacı Zeynalabdin Tağıyev küçəsində evin zirzəmisində basdırıldığı məlum olub.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma davam etdirilir.
***
Lənkəranda meyiti tapılan qadının kimliyi və bəzi təfərrüatlar məlum olub.
Belə ki, meyiti tapılan qadın Cəlilabad rayon Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır. O, işləmək üçün Lənkərana gəlib və 2-3 gündən sonra, bu ilin martın 2-dən itkin düşüb. Onun itkin düşməsi barədə polisə məlumat verilib.
Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.
Surxay Şahbazov
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.