fbpx

2 nəfər ölüb, 7 nəfər qapalı qalıb. – ARMY.AZ

Army.az-a istinadən bildiririk ki

2 Baxış ✓.

Almaniyada Moselle çayı yaxınlığında yerləşən otelin qismən çökməsi nəticəsində 2 nəfər ölüb, 7 nəfər isə qapalı vəziyyətdə qalıb. Dağıntılar altında qalan 7 nəfərdən 5-nin xilas edildiyi bildirilib.

Almaniyanın Reynland-Pfalts əyalətinin Kröv şəhərində Mozel çayı yaxınlığında yerləşən oteldə yerli vaxtla saat 23:00 radələrində qismən çökmə baş verib .

Əraziyə polis və xilasetmə qrupları göndərilərkən, binada 14 nəfərin olduğu bildirilib.

Polisin verdiyi açıqlamada 2 nəfərin öldüyü, 7 nəfərin sıxışıb qaldığı, 5 nəfərin isə xəsarət almadan xilas olduğu bildirilib.

Dağıntılar altında qalan 7 nəfərdən 5-nin xilas edildiyi bildirilib. 17-ci əsrdə tikilən və 1980-ci illərdə təmir edilən binada sıxışan iki nəfərin ağır yaralandığı, lakin xilasetmə qrupları ilə əlaqə saxladıqları bildirilib.

Bildirilib ki, qapalı qalan bəzi şəxslərlə əlaqə saxlamaq mümkün olub. Komandaların oteldə axtarış-xilasetmə işləri davam edir.

Otelin çökməsinin səbəbi hələ bilinməsə də, axtarış-xilasetmə işləri tamamlandıqdan sonra araşdırmaya başlanılacağı öyrənilib.



Mənbə: ARMY.AZ

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin