fbpx

20 milyon manatı Nəcməddin Sadıkova şəxsən vermişəm

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin həbsdə olan sabiq rəisi, ehtiyatda olan polkovnik Məlikməmməd Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Metbuat.az “Apa”ya istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan olunub.

Prokuror Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqinin tərtib etdiyi ittiham aktının nəticə hissəsini elan edib.

Rüya tabirlerini burdan oku

İttihama görə, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışdığı müddətdə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisinin tapşırığı əsasında Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov və digərləri ilə əlbir olaraq milyonlarla manatdan çox mənimsədə təqsirləndirilir. Belə ki, Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi kimi çalışdığı müddətdə nazirlik tərəfindən alınan ərzaq və təchizatları dəyərindən artıq qiymətə alaraq həmin artıq olan məbləği nağd şəkildə şirkət nümayəndələr alaraq mənimsəyib.

Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

İttihama münasibət bildirən Məlikməmməd Qurbanov özünü qismən təqsirli bilib.

O qeyd edib ki, hərbi qulluqçu olduğu üçün ona verilən tapşırıqları icra edib və dövlətə vurduğu ziyanı tam ödəyib.

Təqsirləndirilən şəxs sərbəst ifadə vermək istəmədiyini bildirərək suallara cavab verəcəyini deyib.

Məlikməmməd Qurbanov deyib ki, idarə rəisi kimi vəzifəsi nazirlik və hərbi hissələrdən gələn sifarişləri vaxtı-vaxtında və keyfiyyətli təmin etmək olub.

Müxtəlif epizodlar üzrə suallara cavab verən sabiq idarə rəisi bildirib ki, ərzaq malları ilə bağlı müxtəlif adda şirkətlərlə çalışsalar da, hamısı bir şəxsə məxsus olub: “Həmin şəxsin adını çəkməyəcəyəm. Lakin onun işlərini Aftandil Abdıyev görürdü. Biz onunla işləmişik. Bu da rəhbərliyin tapşırığı ilə həyata keçib. Bütün sahələr üzrə alınan malların qiyməti süni şəkildə artırılaraq alınıb. Həmin süni şəkildə artırılan pul nağdılaşdırılaraq bizə geri qaytarılıb. 5 il ərzində şirkətlərdən 20 milyon manat nağdılaşdıraraq hissə-hissə mənə verilib. Həmin məbləği sabiq Baş Qərargah rəisinə aparıb vermişəm. Həmin məbləğdən 1 milyon 200 min manat rəhbərliyin tapşırığı dünyasını dəyişmiş maddi-texniki təminat üzrə nazir müavini Fuad Məmmədova, 800 min manatı isə Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov vermişəm. 20 milyon manatdan isə mənə 400 min manat pul verilib. Həmin pul da idarənin xərcləri və şəxsi xərclərimiz üçün verilib.

Ərzaqdan başqa, abadlıq işləri bağlı digər şirkətlə, avtomobillərin ehtiyat hissələri ilə bağlı ayrı şirkətlərlə əməkdaşlıq etmişik. Onlarda da qiymətləndirilmə süni şəkildə artırılıb və müəyyən faiz qarşılığında nağdılaşdırılaraq mənə verilib. Bütün pulları rəhbərliyə vermişəm. Ümumilikdə bütün işlər üzrə mənə 542 min 400 manat verilib. Həmin pulu da istintaqda dəymiş zərər kimi ödəmişəm”.

Vəkilin “rəhbərlik deyəndə kimi nəzərdə tutursunuz” sualına cavab verən polkovnik bildirib ki, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun tapşırıqlarını icra edib:

“Bütün alınan pulları birbaşa şəxsən özüm xidməti otağında Nəcməddin Sadıkova vermişəm. Kimə nə qədər pul verilməli olduğunu o müəyyən edib. Düzdür, şirkətlərlə bütün danışıqları mən aparmışam. Bizə qayıdacaq məbləğin və ya pul üzrə faizin dərəcəsi, hansı şirkətlə işin görülməsini də sabiq Baş Qərargah rəisi müəyyən edirdi. Sadəcə, mən işlərin icrasını həyata keçirmişəm”.

Daha sonra prosesdə şahid qismində Ziyafət Həsənov ifadə verib. Məlum olub ki, uzun illər Müdafiə Nazirliyinin Tibb xidmətində çalışan Ziyafət Həsənov polkovnik-leytenant kimi ehtiyata buraxılıb. Bundan sonra isə o, nazirliyinin Satınalmalar və Təchizat İdarəsində dövlət qulluqçusu kimi məsləhətçi-mühasib kimi çalışıb.

Şahid, satınalmalarla bağlı heç bir prosesdən xəbəri olmadığını, qarşısına gətirilən sənədlərə qol çəkdiyini bildirib.

Məhkəmə prosesi oktyabrın 6-da davam etdiriləcək.

Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. 2019-cu ildə ehtiyata buraxılıb.

2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham verilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#milyon #manatı #Nəcməddin #Sadıkova #şəxsən #vermişəm

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu