fbpx

20 uşaq himayədar ailələrə verildi

Rüya Yorumları burda


Sosial Xidmətlər Agentliyi tərəfindən 20 uşaq himayədar ailələrə verilib.

BEY.AZ xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Bildirilib ki, onlardan 5-i oğlan, 15-i qızdır.

Qeyd olunub ki, nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.

Uşaqlardan 10-u Bakı şəhərində, 10-u rayonlarda (o cümlədən 2-si Lənkəranda, 1-i Cəlilabadda, 1-i Ağcabədidə, 1-i Biləsuvarda, 1-i Zaqatalada, 1-i Gəncədə, 1-i Göyçayda, 1-i Şamaxıda, 1-i Xaçmazda) yaşayan himayədar ailələrə verilib.

Rüya tabirlerini burdan oku

Himayədar ailələrə himayəyə götürdükləri 6 yaşadək uşağa görə 355 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 395 manat), 7-13 yaş arası uşağa görə 375 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 415 manat), 14-18 yaş arası uşağa görə 395 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 435 manat) aylıq müavinət verilir.

Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün həmin ailələr hər rübdə bir dəfə hər uşağa görə 200 manat birdəfəlik müavinətlə də təmin edilirlər.






MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu