20 yaş kiçik arvadını öldürdü, özünü bıçaqladı
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb. Hadisə şəhərin Elçin Ağayev küçəsində qeydə alınıb.
BEY.AZ Baku TV-yə istinadən xəbər verir ki, 40 yaşlı Ləman Şükürovanın kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı 60 yaşlı Mətləb Şükürov daha sonra özünə kəsici alətlə xəsarət yetirib.
Qonşuların sözlərinə görə, bu günə qədər onlar arasında hər hansı dava münaqişə eşitməyiblər. Qətlə yetirilən qadın məktəbdə xidmətçi olaraq çalışıb. Onların birgə nigahdan 2 övladı var.
Daha ətraflı süjetdə:
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.