fbpx

2018-ci il 11 aprel seçkiləri

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Respublikası dünyanın ən dinamik inkişaf edən ölkələrindəndir. Nəzərə almaq lazımdır ki, müasir dünya müxtəlif tipli və gərginlik səviyyəsinə malik olan münaqişələrlə zəngindir. Dünya ölkələrinin böyük əksəriyyəti təhlükəsizlik məsələlərini həll etməkdə çətinlik çəkirlər, bir çox hallarda isə ümumiyyətlə, həll edə bilmirlər. Azərbaycana yaxın regionlarda olduqca mürəkkəb, əksər hallarda isə, hərbi münaqişələrlə müşayiət olunan proseslər cərəyan etməkdədir. Ayrıca olaraq, Cənubi Qafqaz regionunda müxtəlif ölkələrin ölkələrin kəskin toqquşan maraqlarının olmasını da nəzərə almaq vacibdir. Bütün bunların fonunda Azərbaycan həm təhlükəsizliyinin etibarlı təmin olunması, həm də hərtərəfli inkişafı baxımından fərqlənir. Ölkəyə 260 milyard dollardan artıq sərmayənin yatırılması əlverişli biznes mühitinin olmasının bariz göstəricisidir. Dövlətin sosial-iqtisadi siyasəti vətəndaş məmnunluğunun təmin edilməsi baxımından real uğurlarla müşayiət olunur.

Bu gün cəsarətlə demək olar ki, Azərbaycan artıq özünün sosial dövlət modelini təqdim etməkdədir. Xüsusi qeyd etmək lazımdır ki, hazırkı mərhələdə dünyanın hətta aparıcı dövlətləri belə sosial dövlət ideyasından imtina etməkdədirlər. Azərbaycan isə, əksinə, özünün sosial dövlət xarakterini gücləndirməkdədir. Vətəndaşların, xüsusilə də, həssas təbəqənin dövlət qayğısı ilə əhatə olunması üçün müxtəlif proqramlar və layihələr həyata keçirilməkdədir. Bu, artıq dövlət siyasətinin ayrılmaz bir komponentinə çevrilmişdir. Bütün bunlar hər şeydən öncə Azərbaycan xalqının həmişə düzgün seçim etdiyinə dəlalət edir. Azərbaycan xalqının istəyilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev ölkəni xilas etməklə yanaşı, həm də dönməz inkişaf yoluna qoymağı bacardı. Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyev isə onun müəyyənləşdirdiyi inkişaf strategiyasını yeni dövrün tələblərinə uyğun elementlərlə zənginləşdirərək uğurla davam etdirməkdədir. Bu strategiya bütövlükdə Azərbaycanın hərtərəfli inkişafına, etibarlı təhlükəsizlik sisteminin qurulmasına, Azərbaycan xalqının yüksək sosial-iqtisadi rifahının təmin edilməsinə və ən əsası isə, ölkənin ərazi bütövlüyünün təmin edilməsinə hesablanmışdır. Bunu aydın dərk edən və görən Azərbaycan xalqı 2018-ci il 11 aprel tarixində keçirilmiş Prezident sekçilərində yenidən böyük səsçoxluğu ilə cənab İlham Əliyevə etimad göstərdi. Səsvermə hüququna malik olan vətəndaşların 74%-dən çoxunun səsvermədə iştirak etməsinin özü də cənab İlham Əliyevə ümumxalq dəstəyinin bariz göstəricisi idi.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Respublikası 2018-ci ilə qədər olduğu kimi ondan sonra da böyük tarixi uğurlara imza atdı. Elə Prezident seçkisi ili 2016-cı il aprel döyüşlərindəki hərbi uğurlarımız davam etdirildi. Azərbaycan Ordusunun daha gücləndirilməsi, müdafiə sisteminin daha təkminləşdirilməsi istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təsirli addımlar davam etdirildi. Ordunun ən müasir silha-sursat və texnika ilə təchizi daha da sürətləndirildi. Müdafiə sənayi sahəsindəki inkişafda xüsusi dinamiklik müşahidə olundu. Təsadüfi deyildir ki, Azərbaycan Ordusu dünyanın ən güclü əlli ordusundan biri kimi səciyyələndirildir. 2019-cu ildə Bakı Qoşulmama Hərakatının və Türkdilli dövlətlərin əməkdaşlıq şurasının (indi: Türk Dövlətləri Təşkilatı) zirvə toplantılarına evsahibliyi etdi bə hər iki təşkilatla sədrlik Azərbaycana keçdi. Azərbaycanın sədrliyi dövründə hər təşkilatın fəaliyyətində ciddi dinamiklik və keyfiyyət dəyişikliyi müşahidə olundu. Təsadüfi deyildir ki, Qoşulmama Hərakatına üzv ölkələr təşkilata daha bir sədrlik etmək üçün Azərbaycana müraciət etdilər.

Rüya tabirlerini burdan oku

Ötən il noyabr ayının 12-də İstanbulda Türk Dövlətləri Təşkilatının tarixi iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edildi. Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünya səviyyəsində nüfuzuna, ona olan yüksək etimada və etibara dəlalət edir. 2020-ci ildəki uğurlarımız isə əsrlərə bərəbar tutula bilər. İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu milli tariximizin qızıl səhifəsini yaratdı. 44 günlük Vətən müharibəsində inamlı qələbə qazanılaraq, torpaqlarımız işğal azad edildir. Mövcud şərtlər daxilində və şəraitdə bu, mümkünsüz gözünürdü. Lakin ölkə Prezidenti cənab İlham Əliyevin iradəsi, strateji düşünmə qabiliyyəti və ölkənin onun rəhbərliyi altında formalaşmış iqtisadi, hərbi və siyasi potensialı sayəsində təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin nəticələri aradan qaldırıldı. Tarixi hərbi qələbəmiz sonrakı uğurlarımız üçün istinad nöqtəsi rolunu oynamaqdadır.

Prezident cənab İlham Əliyev hər zaman ölkəni və xalqı daha böyük uğurlara aparmaq əzminə, iradəsinə malik olduğunu nümayiş etdirir.

Elşad Mirbəşir oğlu

YAP İdarə Heyətinin üzvü

Milli Məclisin deputatı.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu