2022-ci ildə Azərbaycanda 122 min 846 körpə doğulub
BEY.AZ informasiya agentliyi xəbər verir
Ötən il Azərbaycanda 122 min 846 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2021-ci illə müqayisədə 11,2-dən 12,2-yə qədər artıb.
Metbuat.az Dövlət Statistika Komitəsinin məlumatına istinadla bildirir ki, körpələrdən 3 min 438-i əkiz, 165-i üçəm, 8-i isə dördəm doğulanlardır. Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (15,3), Mil-Muğan (14,7), Şərqi Zəngəzur (14,5), Lənkəran-Astara (14,2), Qarabağ və Quba-Xaçmaz (14,1), Şirvan-Salyan (13,8), Mərkəzi Aran (13,7) və Qazax-Tovuz (13,3) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.
2022-ci il ərzində ölkədə 60 min 810 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 2021-ci illə müqayisədə 7,7-dən 6-a qədər azalıb. Ölənlərin 1925 nəfəri (3,2 faizi) 17 yaşadək, 6 min 387 nəfəri (10,5 faizi) 18-49 yaşda, 15 min 815 nəfəri (26 faizi) 50-64 yaşda, 36 min 683 nəfəri (60,3 faizi) isə 65 və yuxarı yaşda olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#2022ci #ildə #Azərbaycanda #min #körpə #doğulub