fbpx

2022-ci ilin bombardirləri açıqlandı: Kadi Borges dünya ulduzlarını qabaqladı

BEY.AZ informasiya agentliyi xəbər verir


2022-ci ilin ən yaxşı bombardirləri açıqlanıb.

Metbuat.az-ın məlumatına görə, ilin ilk yeddi ayı ərzində bütün yarışlarda ən çox qol vuran futbolçular yer alıblar.

IFFHS-in cədvəlinə ən azı 17 dəfə fərqlənən 57 oyunçu daxil edilib. German Cano siyahıya başçılıq edir. “Fluminense”nin argentinalı forvardının aktivində 29 qol var.

Onu Fransa millisinin forvardları izləyirlər. Kilian Mbappe 27, Kərim Benzema isə 25 topla müvafiq olaraq 2-3-cü yerlərdə qərarlaşırlar.

“Qarabağ”ın hücumçusu Kadi Borges də siyahıya düşüb. Braziliyalı yarımmüdafiəçi il ərzində rəqib qapılarından ümumilikdə 19 top keçirib. O, hazırda dünyada ilin ən məhsuldar 17-ci futbolçusudur. Kadi siyahıda adları olan tanınmış simalar arasında Pablo Sarabia, Vissam Ben Yedder, Erlinq Haaland, Xın-Min Son, Harri Keyn, Mussa Dembele, Pedro, Lautaro Martines, Darvin Nunyes, Andre-Pyerr Jinyak kimi ulduzları qabaqlayır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin