2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin edilməsi barədə layihə hazırlanır
BEY.AZ informasiya agentliyi xəbər verir
Prezident İlham Əliyevin mayın 27-də Zəngilan rayonunda çıxışı zamanı iqtisadiyyatımızın mövcud müsbət nəticələrini nəzərə alaraq 2022-ci ilin dövlət büdcəsinə əlavələr edilməsi ilə bağlı Hökumətə verdiyi tapşırıqdan irəli gələrək İqtisadi Şuranın növbəti iclası keçirilib.
Nazirlər Kabinetindən Metbuat.az-a verilən məlumata görə, iclasda cari ilin ötən dövrü üzrə iqtisadi vəziyyət, ortamüddətli sosial-iqtisadi proqnoz göstəriciləri, büdcə gəlirlərinin nəzərdə tutulandan daha çox icra olunması, 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) və digər cari məsələlər geniş müzakirə olunub.
İclasda İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Maliyyə naziri Samir Şərifovun, eləcə də Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzələri dinlənilib.
2022-ci ilin dövlət büdcəsinə əlavə düzəlişlər hazırlanaraq baxılması üçün cənab Prezidentə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.