2024 bu günə qədərki ən isti il ola bilər
Dünya bu il ən isti yayı yaşadı və 2024-cü ilin ən isti il kimi qeydə alınacağı gözlənilir.
BEY.AZ bildirir ki, bunu Avropa Birliyinin İqlim Dəyişikliklərinin Monitorinqi Agentliyinin direktoru Karlo Buontempo deyib. Onun sözlərinə görə, bəzi iqlim alimləri kimi o, 2024-cü ilin ən isti il olub-olmayacağı ilə bağlı qərarsız olub. Çünki 2023-cü ilin avqust ayı orta göstəricidən çox isti idi. Lakin 2024-cü ilin avqust ayı 2023-cü ilə bərabər olub:
“2024-cü ilin ən isti il olmaması üçün qalan bir neçə ay ərzində yerin çox əhəmiyyətli soyumasını görməliyik ki, bu, indiki mərhələdə mümkün görünmür”.
Qeyd olunur ki, yayda orta temperatur 16,8 selsi olub. Bu, 2023-cü ildə müəyyən edilmiş köhnə rekorddan 0,03 dərəcə istidir.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |