fbpx

2024-cü ildə pensiyalar nə qədər ARTIRILACAQ? – AÇIQLAMA

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, Azərbaycanın gələn il sosial müdafiə və sosial təminat xərcləri 4 542 232 496,0 manat olacaq. Bu da 2023-cü illə müqayisədə 5,2 faiz çoxdur. Belə ki, ötən il sosial müdafiə və sosial təminat xərcləri üçün büdcədə 4 315 933 969,0 manat nəzərdə tutulub. Bəs, pensiyaların artımı gözlənilirmi?

BEY.AZ Bizim.Media-ya istinadən xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli, 5 faizlik artımın gözlənilən çərçivədə olduğunu bildirib:

“Bu da onu deməyə əsas verir ki, sosial yardımların və təqaüdlərin verilməsində təqribən 5-8 faizlik, bəlkə də 10 faizə yaxın artım müşahidə oluna bilər”.

Ekspert pensiyaların artım tempi ilə gözləntilər arasındakı fərqə də diqqət çəkib:

“Bu cür artım, təbii ki, gözləntilərə cavab vermir. Ona görə ki, gözləntilər sosial yardım və təqaüdlərin kəskin artımı istiqamətindədir. Amma bunun baş verməsi üçün elə də böyük imkan yoxdur.
İstənilən halda sosial xərclərin 5 faiz də olsa artması yaxşı xəbərdir. Bu həcm parlamentdə büdcə müzakirələri zamanı bir az da artırıla bilər. Yəni, 2024-cü ilin dövlət büdcəsində sosial xərclərin artırılması sosial yardımların və təqaüdlərin artımına təsir göstərə biləcək mühüm amildir”.

Rüya tabirlerini burdan oku
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #2024cü #ildə #pensiyalar #nə #qədər #ARTIRILACAQ #AÇIQLAMA

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu