2024-cü ilin ən populyar mahnısı
“Spotify” musiqi platforması 2024-cü ilin yekunlarına əsasən, ilin ən populyar mahnısını elan edib. Həmin mahnı, dünyaca məşhur Amerika müğənnisi Billi Eliş tərəfindən ifa olunan “Birds of a Feather” adlı hitdir.
BEY.AZ qaynarinfo-ya istinadən xəbər verir ki, məlumata görə, bu mahnı iyul 2024-cü ildə Billi Eilişin “Hit Me Hard and Soft” albomunda yayımlanıb və qısa zamanda musiqi platformalarında liderlik qazanıb. “Spotify” məlumatına əsasən, “Birds of a Feather” 1,781 milyard dinlənmə ilə platformanın ən populyar musiqisi seçilib.
İkinci yerdə Sabrina Karpenterin “Espresso” adlı mahnısı qərarlaşıb və bu mahnı 1,774 milyard dinlənmə ilə diqqət çəkib.
Billi Eilişin “Birds of a Feather” mahnısı həmçinin “Billboard Hot 100″də və Böyük Britaniya sinql cədvəlində ikinci yerə yüksəlib. Bununla yanaşı, mahnı “Grammy” mükafatında “İlin mahnısı”, “İlin yazısı” və “Ən yaxşı solo pop ifası” nominasiyalarına namizəd göstərilib.
Billi Eiliş XXI əsrin musiqi fenomenlərindən biri hesab olunur. O, gənc yaşda, musiqi sahəsində uzun illər fəaliyyətdə olan sənətçilərin belə çatmadığı zirvələrə nail olub. Karyerası ərzində Billi Eiliş 9 “Grammy”, 3 “MTV Video Music Awards”, 2 “Brit Awards” və “American Music Awards” mükafatlarının sahibi olub.
Billi Eiliş eyni zamanda “Qızıl Qlobus” və “Oskar” mükafatlarını da qazanıb. Bu mükafatlar arasında “007: Ölümə vaxt yoxdur” və “Barbi” filmlərinin saundtrekləri üçün yazılmış mahnılar yer alır. O, həmçinin heyvanların hüquqlarını müdafiə edir və Ukraynaya dəstək verən çıxışları ilə də tanınır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |