fbpx

2025-ci il üçün pul siyasətinin əsas istiqaməti bəlli oldu

Rüya Yorumları burda

2025-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasəti hədəflərinə nail olmaq üçün sərəncamında olan alətlərdən fəal istifadə edəcək, alternativ pul siyasəti lövbərinin gücləndirilməsi istiqamətində islahatları davam etdirəcək.

BEY.AZ xəbər verir ki, bu barədə AMB-nin 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.

Bəyanata əsasən, gələn il də qiymət sabitliyinin başlıca lövbəri olan manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən ediləcək. AMB-də Dövlət Neft Fondu ilə birlikdə valyuta satışı üzrə hərracların keçirilməsi davam etdiriləcək. Əvvəlki illərin təcrübəsinə uyğun olaraq dövlətin valyuta tələbi və təklifinin dəyişməsindən asılı olaraq AMB 2025-ci ildə də valyuta bazarlarında satış və alış həyata keçirə bilər.

2025-ci ildə də pul bazarında qısamüddətli faiz pul siyasətinin alternativ əməliyyat hədəfi kimi istifadə olunacaq. Təminatsız bazarda AZİR indeksinin dinamikasına xüsusi diqqət yetiriləcək. Bençmark faiz indekslərinin hesablanması metodologiyasına beynəlxalq təşkilatların da mövqeyi nəzərə alınmaqla təkmilləşdirmələr ediləcək. Banklararası pul bazarındakı faizlərin AMB-nin faiz dəhlizi daxilində hərəkət etməsi üçün qurum rsenalındakı bütün alətlərdən adekvat və çevik şəkildə istifadə edəcək. AMB istifadə etdiyi alətlərin çeşidini inflyasiya mühitində və maliyyə bazarında müşahidə edilən proseslərə uyğun seçəcək. Pul siyasəti alətlərinin çevik istifadəsi transmissiya mexanizminin səmərəli işləməsinə, eləcə də makroiqtisadi və maliyyə sabitliyinə kömək edəcək.

Rüya tabirlerini burdan oku

Bank sistemindəki likvidliyin idarə edilməsində daimi imkan alətləri, açıq bazar əməliyyatları istifadə ediləcək. Bank sektorunda gözlənilən struktur profisiti (izafi likvidlik) ilə əlaqədar olaraq növbəti ildə də AMB-nin strelizasiya yönümlü alətlərinə tələbatın olacağı ehtimal yüksəkdir. Bununla belə, struktur profisiti struktur kəsiri ilə əvəzləşdiyi təqdirdə arsenalda olan likvidliyin verilməsi alətləri açıq bazar əməliyyatları çərçivəsində işə düşəcək.

Məcburi ehtiyat normaları növbəti ildə də aylıq ortalama mexanzimi iləı tətbiq olunacaq. Banklar məcburi ehtiyatları hesablanma bazasına daxil olan depozitlərin valyutasından aşlı olaraq manatda və xarici valyutada saxlayacaq. Məcburi ehtiyatlar növbəti ildə də izafi likvidliyin sterilizasiyasından əlavə banklararası pul bazarında tələbin dəstəklənməsi, eləcə də dollarlaşmanın azaldılması kimi məqsədlərə xidmət edəcək.

Daimi imkan alətləri növbəti ildə də banklararası pul bazarında faizlərin faiz dəhlizi daxilində formalaşnmasını təmin edəcək. Sterilizasiya yönümlü daimi imkan alətləri AMB-nin faiz dəhlizinin aşağı həddinə, likvidliyn verilməsi yönümlü daimi imkan alətləri isə yuxarı həddinə bərabər faizlə aparılacaq. 1 günlük likvidliyin veruilməsi əməliyyatları üçün təminat qismində AMB-nin İdarə Heyətinin 30 noyabr 2017-ci il tarixli əqrarı ilə təsdiq edilmiş pul siyasəti əməliyyatları üzrə təminat kimi qəbul edilən qiymətli kağızlar (lombard siyahı) çıxış edə bilər.

Açıq bazar əməliyyatları olaraq sterilizasiya məqsədli müxtəlif müddətli not, habelə 7 günlük əməliyyatlar üzrə hərraclar keçiriləcək. Bu alətlər üzrə faiz dərəcələri AMB-nin İdarə Heyətinin müəyyən etdiyi və maliyyə bazarı iştirakçılarına öncədən açıqlanan qaydada formalaşacaq. Banklararası pul bazarındakı vəziytyədən asılı olaraq digər açıq bazar əməluiyyatları da tətbiq oluna bilər.

Açıq bazar əməluiyyatrlarının kəmiyyət parmetrlərinə və müddətlərinə dair qərarlar banjk siteminin likvidlik mövqeyindən asılı olaraq həftəlikəsasda operativ şəkildə veriləcək. Bu qərarlar hərraclardan öncə müvafiq bazar iştirakçılarına kommunikasiya ediləcək. Bank sisteminin likvidlik mövqeyinin müntəzəm qiymətləndirilməsi davam etdiriləcək, likvidliyin monitorinqi və proqnozlaşdırılması sistemi daha da təkmilləşdiriləcək.

AMB pul siyasəti alətlərinin davamlı təkmilləşdirilməsi və pul bazarında texniki infrasturukturun inkişafı istiqamətində tədbirlərini davam etdirəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



ARMY.AZ USTA XİDMƏTLƏRİ Sayt Al Sayt satışı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu