fbpx

2046-cı ilə qədər bir də olmayacaq

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

2023-cü ilin ikinci Günəş tutulmasına saatlar qalıb. Alov çənbəri kimi də tanınan Günəş tutulması çox nadir rast gəlinən təbii hadisədir. Çünki növbəti dairəvi Günəş tutulması 2046-cı ildə görünəcək. Bəs astroloji olaraq bizi nə gözləyir?

Astroloq Duyğu Sevinc Sevin Günəş tutulmasının bürclərə təsirindən danışıb. O bildirib ki, xüsusilə münasibətlərdə yeni başlanğıclar və yeni tərəfdaşlıqlar gözlənilir. Yeni səhifələr açmaq və özünüz üçün yeni bir şəxsiyyət yaratmaq üçün doğru zamandır. Yeni bir işə, yeni bir sevgiyə, yenidən gülümsəmək üçün bir səbəbə ehtiyacınız varsa, buna yol açan bir Günəş tutulması var.

14 – 28 oktyabr tarixləri arasında vərəsəlik, müqavilələr, aliment, təzminat, vergi və kreditlər kimi intensiv şəkildə yaşana biləcək məsələlər göz qabağında olacaq.

BEY.AZ lent.az-a istinadən oktyabrın 14-də baş verəcək Günəş tutulmasının bürclərə təsirini təqdim edir:

Qoç

Rüya tabirlerini burdan oku

Evlilik təklifi ala, ailə qura və evliliyinizlə bağlı gözlənilən məsələlərdə yeni başlanğıclar yarada bilərsiniz. Bir tərəfdaşla yeni bir işə başlaya və ev məsələlərində yeniliklər etmək üçün yaxşı zamandır. Ancaq çalışıb bu şeylərə çox tələsməyin. Hər şeyi zamana buraxın.

Xarici görünüşünüzdə dəyişikliklər etmək olar. Münasibətlərinizdə daha yumşaq olmalı və həssas davranmalısınız. Karyera həyatınızda da əhəmiyyətli dəyişikliklər sizi gözləyir.

Buğa

Gündəlik rutinlərinizi dəyişmək qərar verə bilərsiniz. Əgər xaricdə bizneslə məşğul olursunuzsa, yeni bir iş tapmaq şansı sizi gözləyir və ya səhiyyə sektorunda təhsil konsaltinq sektorunda işə başlaya bilərsiniz.

Uzun müddətdir ev heyvanı saxlamaq istəyənlər bu vaxt ərzində istəklərini həyata keçirə bilər. Komanda dəyişmək və ya yeni komandaya qoşulmaq da sizinlə bağlı məsələlər arasındadır.

Əkizlər

Əkizlər üçün yeni sevgi gəlir. Oktyabrın 14-də indiki münasibətinizi bitirmək barədə düşünəcəksiniz. Və ya tək olan əkizlər yeni münasibətə başlaya bilər.

Övladı olan əkizlər üçün uşaqları ilə bağlı yeni başlanğıcların olması ehtimalı var. Bu ərəfələr hobbinizi biznesə çevirib pul qazanacaqsınız. Aliment və vərəsəlik məhkəməsi məsələləri ilə bağlı böhranları düzgün idarə etsəniz, müsbət nəticə əldə edəcəksiniz.

Xərçəng

Ailə və ev məsələləri ilə bağlı məsələlər xərçənglərin əsas mövzusudur. Bundan əlavə, evli Xərçənglər üçün kritik ailəvi vəziyyəti idarə etmək və çətinlikləri aşmaq kimi xaos yaşana bilər. Bu zaman düzgün hərəkətlərlə müsbət nəticələr əldə etmək mümkündür.

Xərçəngləri karyera sahələrində yeni başlanğıclar gözləyir.

Şir

Şirlər çoxdan gözlədiyi xəbərləri alacaq və onlar üçün yeni səfərlər gözləniləndir. İşdəki komanda məsələləri ilə bağlı problemlər yaşansa da, asanlıqla bunları aşmaq mümkün olacaq. Bu dövrdə sağlamlığınıza daha diqqətli yanaşmalısınız.

Mətbuat, media, rabitə və konsaltinq tikinti sektorlarında şirlər üçün yeni və gəlirli dövr başlayır. İkitərəfli münasibətlərdə isə bir sıra mənfi tendesiyalar mümkündür.

Qız

Qızlar üçün qarşıdan yeni qazanc imkanları gəlir. Sevgi münasibətlərinizdə böhranları düzgün idarə etməlisiniz.

Aprel ayından bəri verdiyiniz qərarların səhv olduğunu anlayacaqsınız. Debitor borclarınızı toplayacağınız bu dövrdə öz dəyərinizi ön planda tutmalısınız.

Tərəzi

Tərəzilər həmişə olduğu kimi bu ərəfələrdə də baş roldadırlar. İş, karyera, sağlamlıq, münasibətlər sıfırdan qərarlarla taclana bilər. Qarşıdakı 4 ilə təsir edəcək yeni bir dövrə qədəm qoyursunuz.

Hər bürcdən daha diqqətli olmalı və düzgün qərarlar verməlisiniz. Yeni işə başlamaq üçün yaxşı zamandır. Xüsusilə münasibətlərdə şanslı başlanğıclarınız ola bilər, ancaq ailənizi laqeyd qoymamalı və yaxşı bir tarazlıq qurmalısınız.

Əqrəb

Əqrəblər uzun müddətdir çaşqınlığa səbəb olan məsələlərdə maariflənmə yaşayacaq. Qadın fiqurlardan dəstək ala və işinizdə yeni başlanğıclar edəcəksiniz.

Sağlamlığınıza diqqət yetirməlisiniz. Ünsiyyətinizdə barışdırıcı dildən istifadə etməli və münasibətlərinizə xələl gətirəcək impulsiv bəyanatlardan uzaq olmalısınız.

Oxatan

Əgər işiniz sosial mediadırsa, sosial çevrənizlə yeni layihələrə imza ata, yeni imkanlar tapa bilərsiniz.

Maliyyə böhranlarını düzgün idarə etdiyiniz müddətcə bu günəş tutulmasından daha az maddi ziyanla çıxacaqsınız.

Oğlaq

Oğlaqlar üçün karyeralarını yüksəltmək, yeni layihələrə başlamaq kimi məsələlər gündəmlərində olacaq. Bunlar onların sevimli mövzularıdır. Onda deyə bilərik ki, bu tutulmanın ən xoşbəxti oğlaqlar olacaq.

Bu bürclər özlərini çox yormadığı müddətcə, xüsusən də zehni olaraq, daha yaxşı şeylər əldə edəcək.

Dolça

Məsləhətçilik, ünsiyyət, mətbuat, media və təhsil məsələlərində yeni başlanğıclar Dolçaları gözləyir. Qısamüddətli səfərlər gözləniləndir.

Dolçalar karyera həyatına diqqət etməli və böhranları düzgün idarə etməlidir. Xüsusən də xariclə bağlı iş görən Dolçalar üçün sıx bir dövr başlayır.

Balıq

Münasibətlərlə bağlı ilahi ədalətin təzahür etdiyi bir dövr Balıqları gözləyir. Balıqlara edilən haqsızlıqların xeyir-dua kimi onlara geri dönəcəyi gözəl və parlaq bir zaman gəlir.

Onlar ünsiyyətdə yumşaq dildən istifadə edərək işlə bağlı düzgün qərarlar verməli və inandırma bacarıqlarını artırmalıdır.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #2046cı #ilə #qədər #bir #də #olmayacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu