fbpx

21 yaşlı Sənubər öldü – Əri və uşağı yaralıdır / FOTO



Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BEY.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, noyabrın 26-da saat 00:10 radələrində rayonun Tanrıqulular kəndi ərazisində 1992-ci il təvəllüdlü Elvin Nəsibovun idarə etdiyi “Vaz” markalı avtomobil hasara çırpılıb.

Nəticədə sürücü, onun 4 yaşlı oğlu Elcan və 2003-cü il təvəllüdlü həyat yoldaşı Sənubər Nəsibova ağır xəsarətlər alıb. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılan yaralılardan 21 yaşlı Sənubərin həyatını xilas etmək mümkün olmayıb. Onun əri və övladının müalicəsi davam etdirilir.

İlkin məlumata görə, qəzanı törədən E.Nəsibovun sürücülük vəsiqəsi olmayıb və o, hadisə vaxtı sərxoş vəziyyətdə olub.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin