fbpx

25 min manatlıq elektrik avadanlıqları oğurlandı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xətai və Qaradağ rayonlarında transfarmator məntəqələrindən 25 min manatlıq elektrik avadanlıqları oğurlayan şəxs saxlanılıb.

Daxili işlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Xətai rayonunda yerləşən dövlətin balansında olan transfarmator məntəqələrindən birindən oğurluq edilib. Naməlum şəxs məntəqənin qapısını qıraraq oradan gərginlik və cərəyan transfarmatorlarını oğurlayıb. Hadisə nəticəsində dövlət əhəmiyyətli elektrik xətlərinə ciddi ziyan vurulub. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Dəyanət Kərimli saxlanılıb. Aparılan araşdırmalar zamanı həmin şəxsin Qaradağ rayonu Lökbatan qəsəbəsində də iki yerdən transfarmator məntəqələrinə qanunsuz daxil olaraq oradan oğurluqlar etdiyi məlum olub.

Qeyd edək ki, Dəyanət Kərimli etdiyi oğurluqlar nəticəsində dövlət qurumuna 25 min manata yaxın maddi ziyan vurub. Faktlarla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Dəyanət Kərimli barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Rüya tabirlerini burdan oku





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#min #manatlıq #elektrik #avadanlıqları #oğurlandı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu