“3 il jurnalist fəaliyyətinin tələb olunması peşəkarlıq prinsipinə görədir”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Media reyestrindən keçmək üçün 3 il jurnalist fəaliyyətinin tələb olunması peşəkarlıq prinsipinə görədir”.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, bunu Mətbuat Şurası İdarə Heyəti və MEDİA rəhbərliyinin iştirakı ilə Mətbuat Şurasında keçirilən toplantıda Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.
“Dünən jurnalistika fakültəsini bitirən birini reyestrdən keçirmək düzgün olmaz. Bunun üçün müəyyən təcrübə lazımdır. Yoxsa kimsə imtiyazlardan faydalanmaq üçün hansısa media subyektlərində qeydiyyatdan keçə bilər. Lakin qısa müddət sonra jurnalistika ilə məşğul olmayacaqlarsa, deməli, onların reyestrdən keçirilməsi peşəkar jurnalistlərə münasibətdə ədalətli yanaşma olmaz”, – Əhməd İsmayılov reyestrdən keçmək üçün minimum 3 illik əmək fəaliyyətinin olması məsələsinə aydınlıq gətirərkən qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#jurnalist #fəaliyyətinin #tələb #olunması #peşəkarlıq #prinsipinə #görədir