fbpx

3 qazi Türkiyədə müalicə olunaraq ölkəyə qayıdıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 3 qazi sağalaraq Vətənə geri dönüb.

Bu barədə Metbuat.az-a Fonddan xəbər verilib. Qeyd edilib ki, həmin qazilər Alıyev Seymur Cavanşir oğlu, Zöhrablı Təbriz Atamoğlan oğlu və Şirəliyev Mehman İbrahim oğludur. Qazilərdən ikisinin Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb, biri isə təkrar müayinə üçün göndərilib və müalicənin gedişatı müsbət qiymətləndirilib.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 43 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin