fbpx

3 rayonun prokuroru dəyişdi – FOTO



Prokurorluq orqanlarında yeni təyinatlar olub.

BEY.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Gəncə şəhər prokuroru Azad Qarayev vəzifədən azad edilib. O, Lənkəran rayon prokuroru vəzifəsinə göndərilib.

Digər əmrlə Rauf Gözəlov Qazaxın prokuroru vəzifəsindən azad edilib. O, Gəncə şəhərinin prokuroru vəzifəsinə təyin edilib.

Bakı şəhər Prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin rəisi Rövşən Əliyev isə Qazax rayonunun prokuroru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Gəncənin prokuroru təyin edilən Rauf Gözəlov Şuşanın keçmiş icra başçısı, 1991-ci ildə Şuşada kabinetində qətlə yetirilən Mikayıl Gözəlovun qardaşı oğludur.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin