fbpx

30 il əvvəl şəhid olan hərbçinin meyitinin qalıqları Füzulidə dəfn edildi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan Ordusunun döyüşçüsü Əli Hüseynovun meyitinin qalıqları 30 ildən sonra Füzuli rayonunda dəfn olunub.

Metbuat.az xəbər verir ki, şəhid rayonun Aşağı Yağlıvənd kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rüya tabirlerini burdan oku

15:28

Edillidə meyitinin qalıqları tapılan, “Ujas” ləqəbi ilə tanınan, dövrünün tanınmış döyüşçüsü Əli Hüseynov bu gün doğulduğu Füzuli rayonunda torpağa tapşırılacaq.

Metbuat.az xəbər verir ki, şəhidin cənazəsi kiçik qardaşının Beyləqan rayonu, Daşburun qəsəbəsindəki evindən götürülərək Füzuliyə gətirilib.

Şəhid rayonun Araz Yağlıvənd qəbristanlığında valideynlərinin yanında dəfn ediləcək.

Qeyd edək ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərdə azərbaycanlıların kütləvi şəkildə basdırıldığı məzarlıqlar aşkarlanıb. Ekspertiza nəticəsinə meyit qalıqlarından birinin Əli Hüseynova məxsus olduğu təsdiqlənib.







You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#əvvəl #şəhid #olan #hərbçinin #meyitinin #qalıqları #Füzulidə #dəfn #edildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu