fbpx

30 il sonra nəşi tapılan “Ujas” ləqəbli döyüşçü haqqında yeni DETALLAR

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Döyüşdə göstərdiyi qəhramanlığa görə döyüşçülər arasında “Ujas” ləqəbi ilə tanınıb. Dövrünün tanınmış döyüşçüsü olub”.

Bunun Metbuat.az-a Edillidə meyitinin qalıqları tapılan Əli Hüseynovun qardaşı oğlu, jurnalist Tağı Türk deyib. O bildirib ki, əmisinin nəşi 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə qazıntı işləri aparılarkən tapılıb.

Onun sözlərinə görə, Hüseynov Əli döyüşlərə könüllü qoşulub. Dövrünün tanınmış döyüşçülərindən olub:

Rüya tabirlerini burdan oku

“Hüseynov Əli Heydər oğlu 1968-ci ilin avqustun 23-də Füzuli rayonunun Yağlıvənd kəndində zəhmətkeş ailəsində anadan olub. Atası Heydər baba zootexnik, anası Sona nənə dil-ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib. Subay idi. Ailədə 4 bacı, 3 qardaş olublar. Əli əmim Yağlıvənd kənd orta məktəbini bitirib. O, 1991-ci ilin axırından başlayaraq könüllü döyüşlərdə iştirak edib. İlk öncə Yağlıvənd kəndində özünümüdafiə üçün kiçik qrup yaradaraq döyüşlərə qoşulub. Sonra isə rayonda batalyon yarandıqdan sonra həmin batalyonda vətən uğrunda döyüşlərdə iştirak edib. Füzuli, Xocavənd ərazisində gedən döyüşlərdə qəhrəmanlıq göstərib, torpaqlarımızın işğal olunmasının qarşısının alınmasında böyük xidmətləri olub. Müxtəlif vaxtlarda ermənilərin əsir götürülməsi əməliyyatlarında iştirak edib. Çoxsayda silah-sursat qənimət kimi gətirib”.

Tağı Türk bildirib ki, Əli Heseynov 1993-cü ilin avqustun 5-dən 6-a keçən gecə Füzuli rayonunda yerləşən Murquzlu adlanan ərazidə döyüş zamanı itkin düşüb:

“Döyüşdə göstərdiyi qəhramanlığa görə döyüşçülər arasında “Ujas” ləqəbi ilə tanınıb. Əli əmim hücum əməliyyatının səhəri günü təşkil edilən digər döyüşdə öz bölüyü ilə yox, başqa döyüşçülərlə gedib və geri qayıtmayıb. Deyilənlərə görə, mina zərərsizləşdirərkən mina partlayıb. O gecədən sonra xəbər ala bilmədik. Bu günə kimi müxtəlif vasitələrlə axtardıq. Beynəlxalq təşkilatların vasitəsilə nə qədər axtarsaq da, ondan bir məlumat ala bilmədik. Valideynləri onun yolunu gözləyə-gözləyə rəhmətə getdilər”.

Qeyd edək ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşən 15 nəfərin siyahısını açıqlayıb.

Gülər Seymurqızı



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#sonra #nəşi #tapılan #Ujas #ləqəbli #döyüşçü #haqqında #yeni #DETALLAR

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu