fbpx

31 il əvvəl itkin düşən şəxsin qalıqları Xızıya gətirilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Kütləvi məzarlıqlarda qalıqları tapılan Rüstəmov Araz Bağı oğlunun qalıqları Xızı rayonuna gətirilib.

Metbuat.az xəbər verir ki, şəhidlə Xızı rayonunun Giləzi qəsəbəsində vida mərasimi keçirilir.

Rüstəmov Araz Bağı oğlu 1968-ci ildə Giləzi qəsəbəsində anadan olub.

1992-ci ilin yanvar ayında Şuşa rayonunun Daşaltı kəndində itkin düşüb. Onun qalıqları bir müddət əvvəl kütləvi məzarlıqda tapılıb.

Şəhidin qalıqları Giləzi qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, bir qədər əvvəl kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb. 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib.

Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir. İndiyədək onlardan ikisi dəfn olunub. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşənlərdir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#əvvəl #itkin #düşən #şəxsin #qalıqları #Xızıya #gətirilib

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin