34 azyaşlı türk uşaq zirzəmiyə sığınıb / FOTO
BEY.AZ informasiya agentliyi xəbər verir
Ukraynanın Mariupol şəhərində “Qanuni Süleyman” məscidi bombalanıb.
Metbuat.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə bombalanan məsciddə 34-ü uşaq olmaqla 86 türk olub. Onların qorunmaq üçün məscidin zirzəmisinə sığındığı bildirilib. Bölgədə internet olmadığından informasiya axını təmin oluna bilmir. Ölən və ya xəsarət alanların olub-olmaması hələ ki, bəlli deyil.
Məscidin axundu Səid İsmailov sosial media hesabından verdiyi açıqlamada “Möhtəşəm Süleyman məscidi Ukraynanın ən gözəl məscidlərindən biridir, indi ruslar onu sökür. Heç bir əlaqə yoxdur. Məscidə sığınanların taleyi isə məlum deyil” deyə məlumat verib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.