fbpx

38 min əhalinin yaşadığı 4 yaşayış məntəqəsinin yolu yenidən qurulur

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Neftçala rayonunun Neftçala–Xol Qaraqaşlı–Şorsulu avtomobil yolunun 7-ci km-dən ayrılan Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 38 min əhalinin yaşadığı 4 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq yol infrastrukturu layihəsinin icrasına start verilib.

Bu barədə Metbuat.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, uzunluğu 10 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolun eni 10 metrə qədər genişləndirilir, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.

Rüya tabirlerini burdan oku

Yolun 8.5 km uzunluğa malik Həsənabad–Neftçala hissəsinin 1.1 km ərazisi yararsız asfalt örtük, 7.4 km ərazisi isə torpaq əsasdan ibarət idi.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yolun torpaq əsaslı ərazisində deformasiyaya uğramış hissələr və yararsız örtük qazılaraq çıxarılıb, yolun normativ eninin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülüb, hazırda yeni yol geyimi inşa edilir.

Yolun yararsız asfalt-beton örtükdən ibarət olan hissəsində isə hazırda eni 1.5, uzunluğu 900 metr olan piyada səkisinin inşası aparılır.

Layihə çərçivəsində yolun1.5 km-lik Bankə–Beştalı ərazisində Kür çayı üzərində yerləşən və uzunluğu 286 metr olan körpünün təmiri də nəzərdə tutulub.

Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədi ilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri icra olunur.

Layihənin sonuncu mərhələsində yola yeni asfalt-beton örtüyünün döşənməsi, hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal, işıq dirəklərinin və km göstəricilərinin, dayanacaqların quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.

Avtomobil yollarının yenidən qurulması yolboyu yaşayan minlərlə vətəndaşın rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq, əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu