39 borclu şəxs SAXLANILDI
BEY.AZ informasiya agentliyi xəbər verir
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 64 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Metbuat.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Rəsmi məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.