fbpx

4 qəsəbə üzrə icra nümayəndəsinin vəzifəyə uyğunluqları məsələsinə baxılacaq

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda 4 qəsəbə üzrə icra nümayəndəsinin tutduqları vəzifəyə uyğunluğu məsələsinə baxılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçıları, paytaxt qəsəbələrinin icra nümayəndələri və şəhərin təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə Bakıətrafı qəsəbələrində sanitar-təmizlik, qanunsuz tikintilər, küçə və yol kənarlarındakı obyektlərin qarşısında abadlıq məsələlərinə həsr olunmuş geniş müşavirədə Qaradağ RİHB-nın Müşviqabad qəsəbəsi üzrə nümayəndəsi Coşqun Bayramovun, Qızıldaş qəsəbəsi üzrə nümayəndəsi Hüseyn Axundovun, Binəqədi RİHB M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsi Zaur Qafarovun, Xəzər RİHB Şüvəlan qəsəbəsi üzrə nümayəndəsi Mirzərauf Axundovun tutduqları vəzifəyə uyğunluğu məsələsinə baxılması həmin rayonların RİH başçılarına tapşırılıb.

Həmçinin əraziyə nəzarətin artırılması, təmizlik məsələlərinin ciddi nəzarətdə saxlanılması və nöqsanların aradan qaldırılması üçün 1 ay müddətində vaxt verilib.

Rüya tabirlerini burdan oku

Eyni zamanda sabah, sentyabrın 2-də paytaxtda daxili iməcliyin keçirilməsi qərara alınıb



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#qəsəbə #üzrə #icra #nümayəndəsinin #vəzifəyə #uyğunluqları #məsələsinə #baxılacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu