fbpx

4 rayonda qaz təchizatında müvəqqəti fasilə yaranacaq



Azərbaycanın 4 rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə BEY.AZ-a “Azəriqaz” İB-dən bildirilib.

“Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Şəki-Balakən” yüksək təzyiqli magistral qaz kəmərinin 83,0-cı km-də 50 p/m uzunluğundan olan yeni çəkilmiş yüksək təzyiqli qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi məqsədilə 05.09.2024-cü il saat 09:00-dan etibarən işlər başa çatanadək “Aşağı Göynük”, “Qax”, “Əliabad”, “Zaqatala”, “Makov”, “Katex” və “Balakən” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətində Şəki, Qax, Zaqatala və Balakən rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin