fbpx

4,1 min nəfər özünüməşğulluq proqramına cəlb edilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin paylanması prosesi davam edir.

Nazirlikdən Metbuat.az-a verilən xəbərə görə, Gəncə şəhəri və ətraf rayonlarda özünüməşğulluq proqramı iştirakçılarından daha 74 nəfəri seçdikləri biznes istiqamətlərinə uyğun aktivlərlə təmin olunub.

Beləliklə, həmin bölgədə bu ilin əvvəlindən aktivlərlə təmin edilən şəxslərin sayı artıq 400-ə çatıb.

Rüya tabirlerini burdan oku

Onlar verilmiş aktivlər üzrə öz kiçik biznes sahələrini (döşəmə və parket cilalanması xidməti, PVC qapı və pəncərə hazırlanması sexi, un məmulatları istehsalı, dəmirçi sexi, qadın gözəllik salonu və s.) yaradıblar.

Ümumilikdə cari ilin I rübü ərzində Agentlik tərəfindən 4,1 min nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb edilib. Həmin şəxslər əvvəlcə təlimlərə qatılır, qiymətləndirmədən keçir və aktivlərlə təmin olunurlar.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu