fbpx

45 yaşdan sonra kişilər ildə bir dəfə bunu etməlidir

Rüya Yorumları burda

“Əgər yaxın qohumlardan hər hansı biri (ata, ana, baba) miokard infarktı, angioplastika və ya Aorta koronar şuntlama (AKŞ) əməliyyatı keçiriblərsə, o zaman belə şəxslər diqqətli olmalıdır. İrsi faktor risklərin 20-25 faizini təşkil edir, 75-80 faizi isə digər risk faktorlarının payına düşür”.

BEY.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkim-kardioloqu Leyla Quliyeva deyib.

O qeyd edib ki, digər risk faktorlarına isə sağlam olmayan qidalanma, piylənmə, şəkər xəstəliyi, qanda xolestrolun çoxluğu, siqaret, arterial hipertenziya, hərəkətsizlik, stres aiddir. Bu amillər tək səbəb deyil. Belə ki, onların bəziləri birlikdə xəstəliyə səbəb olur. Ona görə də, əgər sizdə irsi faktor varsa və bununla yanaşı insulin dirənci, artıq çəki, xolestrol yüksəkdirsə, diqqətli olmaq lazımdır.

Həkim-kardioloq kişilər və qadınlar arasında ürək-damar xəstəliklərinin rast gəlinmə tezliyi barədə danışıb: “Əvvəllər miokard infarktı kişilərin xəstəliyi hesab olunurdu. Ümumiyyətlə, xəstəliyin 45 yaşlı kişilərdə rastgəlmə tezliyi eyni yaşlı qadınlara nisbətən çoxdur. Qadınlar 55-60 yaşlarında menopauzadan sonra bu fərqi bərabərləşdirir. Hormonal disbalans səbəbindən artıq çəki, arterial hipertenziya ürək-damar riskini artırır. Yəni kişilər və qadınlar arasında ürək-damar xəstəliklərinin rast gəlmə tezliyi bu yaş kateqoriyasında bərabərləşir. Ona görə də, ildə 1 dəfə 45 yaşından sonra kişilərin, 55-60 yaşından sonra isə qadınların kardioloji “check-up” müayinəsindən keçməsi məsləhətdir”.

Rüya tabirlerini burdan oku

Ürək sağlamlığını qoruyan qida məhsulları haqqında məlumat verən mütəxəssis bildirib ki, gün ərzində 5-6 badam həm ürək-damar, həm də yaddaşsızlıq probleminin həllində əvəzolunmaz qidadır. Eyni zamanda, çia toxumları mikronutrientlər və xüsusi növ Omeqa-3 ilə zəngindir. Bu da ürək-damar xəstəlikləri riskini azaldır. Balqabağın tərkibində olan kalsium və maqnezium ürək əzələlərini gücləndirir və qan təzyiqini aşağı salır. Balqabaq toxumu ürək-damar xəstəliklərinin qarşısını alır. Zeytun yağı koronar damarları qoruyur və gücləndirir, ürəyin düzgün işləməsini təmin edir və infarkt riskini azaldır. Bundan əlavə, zeytun yağı xolesterini, LDL (Aşağı sıxlıqlı lipoproteinlər), triqliseridlərin qandakı səviyyəsini azaldır. Sarımsaq tərkibindəki kversetin molekullarının hesabına damar tutulmaları, xolesterinin səviyyəsinin endirilməsində çox qiymətlidir. Eyni zamanda, pomidorun tərkibində olan likopen damar tutulmalarının qarşısını alır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu