5 hərbçinin öldüyü qəza ilə bağlı ilginc fakt
Bakı-Qazax-Gürcüstan avtomagistralının Tovuz rayonunun ərazisindən keçən hissəsində 5 hərbçi və 1 mülki şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
BEY.AZ xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, qəzanın baş verdiyi ərazi birtərəfli yol olsa da, nəqliyyat vasitələrindən biri qarşı tərəfdən hərəkət etdiyindən qəza qaçılmaz olub.
“Biz avtobusla Bakıdan gəlirdik. Birdən sürücü qışqırdı ki, üstümüzə əks istiqamətdə maşın gəlir. Avtobusu çəkdi sağa, sonra manevr etdi, qarşı yolla gələn maşın (“Mersedes”) yanımızdan keçib getdi. Bir də eşitdik ki, həmin avtomobil qəzaya uğrayıb”, – hadisə şahidi İqbal İsmayılzadə deyib.
Onun sözlərinə görə, avtobusda 40-dan çox sərnişin olub.
Qeyd edək ki, “Mersedes” və VAZ 2106 markalı avtomobillərin toqquşması nəticəsində “Mersedes” markalı avtomobilin sürücüsü E.Həsənov, o cümlədən Ordumuzun 5 hərbi qulluqçusu – baş gizir Ruslan Əhliman oğlu Qurbanov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Qabil Qaybalı oğlu Alıyev, çavuş Bəhlul Aydın oğlu Əliyev, çavuş Qələndər Mail oğlu Əhmədov və kiçik çavuş Turan Cavad oğlu Mehdiyev hadisə yerində həlak olub.
“Mersedes” sürücüsünün 13 yaşlı oğlu Zaur Həsənov isə bu gün xəstəxanada dünyasını dəyişib.
Ətraflı Baku TV-nin süjetində:
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |