52 il əvvəl yoxa çıxan qadın sağ-salamat tapıldı
Böyük Britaniyada 52 il əvvəl Koventridə itkin düşən Şeyla Foks sağ tapılıb.
BEY.AZ xəbər verir ki, polisin yeni çağırışından sonra Şeyla Foks barədə yenidən axtarışlar aparılıb. Məlumata görə, sakinin tapılmasında yerli sakinlər də iştirak edib. Polis onun sağ və sağlam olduğunu açıqlayıb.
Bildirilir ki, 1972-ci ildə 16 yaşında yoxa çıxan Şeyla Foksun hazırda 68 yaşı var və ölkənin başqa bölgəsində yaşayır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |