fbpx

56 yaşlı kişi qardaşı arvadını niyə öldürüb?

BEY.AZ informasiya agentliyi xəbər verir


Cəlilabadda 49 yaşlı qadının qaynı tərəfindən qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məlumatına görə, qətlə səbəb mülk davası olub.

Belə ki, qətli törədən, rayonun Sarxanlı kənd sakini, 1966-cı il təvəllüdlü Mehdi Həsənov qardaşı Loğman Həsənovun evinə gələrək onlardan evi tərk etmələrini istəyib.

Loğman Həsənov isə qardaşının içkili olduğunu görüb və təhlükəli vəziyyət yaradacağını düşünərək iki oğlu ilə birgə çölə çıxaraq gizlənib. Az sonra isə Mehdi Həsənov mübahisə nəticəsində qardaşı arvadı, 1973-cü il təvəllüdlü Südabə Həsənovanı ürəyindən bıçaqlayıb. Yaralı çatdırıldığı xəstəxanada dünyasını dəyişib.

Mehdi Həsənov hadisə yerindən qaçsa da, polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb. İstintaq davam edir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin