fbpx

6 ayda Azərbaycanda 5747 zəlzələ qeydə alınıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


İyulun 14-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elmi-Texniki Şurasının iclası keçirilib.

Metbuat.az xəbər verir ki, iclasda ETŞ-nin üzvləri, mərkəzin müvafiq şöbələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.

ETŞ-nin iclasında çıxış edən RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli gündəlikdə duran əsas məsələlər haqqında danışıb.

Rüya tabirlerini burdan oku

Baş direktor bildirib ki, 2022-ci ilin birinci yarısı mərkəz üçün uğurlu olub. Mərkəzin beynəlxalq əməkdaşlıq sahəsində bir sıra uğurlu nəticələri olub.

Böyük Britaniyanın Oksford Universitetinin nümayəndələrinin Azərbaycanda mərkəz əməkdaşları ilə birlikdə tədqiqatlar apardıqlarını qeyd edən baş direktor həmçinin, qardaş Türkiyə ilə əməkdaşlığın genişləndirildiyini bildirib.

Qeyd edək ki, iclasda RSXM-nin müvafiq şöbələrinin 2022-ci ilin birinci yarısında apardığı elmi araşdırmalar və tədqiqatların nəticələri, eləcə də mərkəz tərəfindən görülən işlərlə bağlı hesabatlar təqdim olunub.

“Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi, Yer Elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova öz çıxışında bildirib ki, 2022-ci ilin birinci yarısında 42 rəqəmsal məlumatlar əsasında seysmikliyin analizi aparılıb.

Bu ilin altı ayı ərzində Büro tərəfindən 5747 yeraltı təkan qeydə alınıb. Onlardan 1802-i yerli (Azərbaycan ərazisi), 1617-i regional və 1627-i isə uzaq zəlzələlərdir. Həmçinin bu ilin altı ayı ərzində 701 partlayış qeydə alınıb.

Qeyd edək ki, 2022-ci ilin birinci yarımilliyində Azərbaycan ərazisində maqnitudası 3-dən yuxarı olan 20 zəlzələ qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə 7 hiss olunan zəlzələ qeydə alınıb.

Daha sonra RSXM-nin müvafiq şöbə müdirləri çıxış edərək, 2022-ci ilin altı ayında görülən işlərə dair hesabatlarını təqdim ediblər.

Müzakirələr təqdim olunan hesabatlara dair sualların cavablandırılması və hesabatların qəbul edilməsi ilə başa çatıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu