fbpx

65 yaşlı kişi oğlunu niyə öldürüb?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün Qubada 65 yaşlı kişinin oğlunu qətlə yetirməsinin təfərrüatı məlum olub.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 35 yaşlı oğlu Sərraf Vahabovu ürək nahiyəsindən bıçaqlayaraq öldürən Nüsrət Vahabov hadisə vaxtı sərxoş vəziyyətdə olub.

Belə ki, səhər saatlarında N.Vahabov oğluna yaşadığı Qarabağ küçəsindəki evin həyətindəki bəzi işləri görməsini tapşırıb. Lakin Sərraf atasının dediyi işləri görməyib.

Rüya tabirlerini burdan oku

Nəticədə, axşam saat 19 radələrində ata ilə oğlu arasında münaqişə baş verib. Sərxoş halda olan N.Vahabov bıçaqla oğlunun döş qəfəsinə 1 zərbə endirib və ürəyindən ölümcül xəsarət alan Sərraf hadisə yerində vəfat edib.

Bildirilir ki, ailədə Sərraf Vahabovun davranışları ilə bağlı mübahisələr tez-tez baş verirmiş.

Araşdırmalar davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu