66-cı “Eurovision” mahnı müsabiqəsinin qalibi Ukrayna oldu
BEY.AZ informasiya agentliyi xəbər verir
66-cı “Eurovision” mahnı müsabiqəsinin qalibi Ukraynanın “Kalush” qrupu olub.
Metbuat.az xəbər verir ki, Turin şəhərinin ev sahibliyi ilə İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da keçirilən “Eurovision 2022”nin böyük finalında 25 ölkənin təmsilçisi çıxış edib. Azərbaycanı təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə 15-ci nömrə altında öz performansını nümayiş etdirib.
Çıxışlar bitdikdən sonra səsvermə başlayıb. Səsvermənin nəticəsinə əsasən, “Stefania” adlı mahnını ifa edən Ukraynanın “Kalush” qrupu 631 xalla birinci olub. Azərbaycan təmsilçisi Nadir Rüstəmli 106 xal toplayaraq 16-cı yeri tutub.
Şüarı “Gözəlliyin Səsi”dir (“The Sound of Beauty”) olan “Eurovision 2022” Avropa Yayım Birliyi (EBU) və İtaliyanın “Rai” televiziya kanalının təşkilatçılığı ilə keçirilib.
Xatırladaq ki, Azərbaycan ilk dəfə “Eurovision” mahnı müsabiqəsinin 53-cü sayında iştirak edib və 8-ci yeri tutub. 2011-ci il mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı “Eurovision” yarışmasında isə Azərbaycan 221 xalla birinci olub və növbəti il ölkəmiz dünyanın ən böyük canlı musiqi tədbirinə ev sahibliyi edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.