fbpx

7 boksçumuz beynəlxalq turnirdə finala vəsiqə qazanıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Gürcüstanın Qori şəhərində Avropa və dünya çempionu Georgi Kandelakinin şərəfinə gənc boksçular arasında ənənəvi keçirilən beynəlxalq turnirdə yarımfinal döyüşləri başa çatıb. Finala gedən yolda Azərbaycan millisinin 10 boksçusu rinqə çıxıb.

Metbuat.az xəbər verir ki, onlardan 7-si çıxışını qələbə ilə başa vuraraq həlledici döyüşə vəsiqə qazanıb. Boksçularımızdan Tural Sarıyevlə (51 kq) Rza Rzazadə (75 kq) yarımfinalda ermənistanlı rəqiblərini məğlub edib. Təmsilçilərimiz müvafiq olaraq Tumas Tomasyan və Alik Ovanisyana qalib gəlib.

Səbuhi Əlizadə (+92 kq) qazaxıstanlı Elnar Absadukovu məğlub edib. Millimizin digər üzvləri Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq), Kamil Babayev (54 kq) və Taci Tağızadə (60 kq) isə gürcüstanlı boksçulardan üstün olub. Onlar müvafiq olaraq Bezhan Kobiaşvili, Oruc Əhmədov, Paata Mqebrişvili və Luka Xatiaşvili üzərində qələbə qazanıblar.

Rüya tabirlerini burdan oku

Yarımfinalda məğlub olan Sənan Hətəmov (71 kq), Aslan Mövsümov (86 kq) və Rəşid Məmmədov (92 kq) bürünc medalla kifayətləniblər.

Turnirdə final döyüşləri iyunun 19-da olacaq.

Qeyd edək ki, Avropa və dünya çempionu Georgi Kandelakinin şərəfinə keçirilən yarışa Gürcüstan, Azərbaycan, Qazaxıstan, Ukrayna və Ermənistanın 100-dək boksçusu qatılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu