7 qollu qarşılaşmada “Real Madrid” məğlub oldu
BEY.AZ informasiya agentliyi xəbər verir
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib. İlk oyun günündə 1 qarşılaşma keçirilib.
Metbuat.az xəbər verir ki, İspaniya “Real Madrid”i İngiltərədə turnirin son finalçısı “Mançester Siti”nin qonağı olub. “Etihad” stadionundakı görüş “şəhərlilər”in 4:3 hesablı qələbəsi ilə başa çatıb.
26 aprel
“Mançester Siti” (İngiltərə) 4 – 3 “Real Madrid” (İspaniya)
Qollar: Kevin De Brüyne, 2. Qabriel Jezus, 11. Fil Foden, 53. Bernardu Silva, 74 – Kərim Benzema, 33; 81 (pen.) Vinisius Junior, 55
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Mançester, “Etihad” stadionu
Qeyd edək ki, digər yarımfinal matçı bu gün, aprelin 27-də İngiltərədə “Liverpul” və İspaniya “Vilyarreal”ı arasında baş tutacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.