fbpx

7 yaşlı Fəridin anası: “Uşaq qorxusundan danışmayaraq…”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Məşq zamanı vəfat edən Fərid Bakarovun anası Aynurə Bakarova MTV-də yayımlanan “Ümid ilə gəl” verilişində hadisə barədə danışıb.

Metbuat.az xəbər verir ki, ana bildirib ki, 4 aydır ki, həmin müəllimin yanına məşqə gedibmiş:

“Mən heç vaxt uşağı məşqə tək buraxmamışam. Həmin gün müəllim özündə deyildi. Əsəbi halda mənə dedi ki, çıx çöldə gözlə, sən uşağı qız kimi böyüdürsən. Mən də uşağı pilləkanın altında gözlədim. Müəllimin aqressiv səsləri gələndə dözməyib içəri girdim. Gördüm ki, Fərid qorxudan altını isladıb. Mən tez uşağın şalvarını dəyişdim və digər uşaqlara da tapşırdım ki, ona gülməsinlər. Çünki Fərid çox mərd uşaqdır. Paltarı dəyişəndən sonra məni çölə çıxardı. Çölə çıxmamış uşağın niyə halsız olduğunu soruşdum. Mehman mənə “kross” qaçdıqları uçun Fəridin halsız olduğunu dedi. Sonra yenidən məni uşaq narahat olduğu üçün çağırdı. Fəridi görəndə uşağın normal olmadığını gördüm. Uşaq ət kimi idi. Mehman Fəridə “sənə heç nə olmayıb, sənə nə olub ki, deyirdi. Fərid də qorxusundan danışmayaraq əl hərəkətləri lə ona heç nə olmadığını dedi”.

Rüya tabirlerini burdan oku

Həmçinin oxuyun: Məşqdə aldığı xəsarətdən vəfat edən azyaşlının ölüm SƏBƏBİ AÇIQLANDI

Fəridin xəstəxanada vəfat etdiyini deyən Aynurə xanım Mehman Xəlilovun təcili tibbi yardım maşını çağırmağa imkan vermədiyini bildirib: “Uşağı halsız vəziyyətdə evə gətirdim. Qəsəbədə yaşadığımız üçün təcili tibbi yardım çağırmadıq və taksi ilə xəstəxanaya aparmaq istədim. Çünki müəllimi dedi ki, uşağa heç nə olmayıb”.

Daha ətraflı videoda:





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#yaşlı #Fəridin #anası #Uşaq #qorxusundan #danışmayaraq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu