7,3 bal gücündə zəlzələ – 14 nəfər ölüb, yüzlərlə yaralı var
Xəbər verdiyimiz kimi, dekabrın 17-də Sakit okeanın Vanuatu adasında 7,3 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, zəlzələ nəticəsində 14 nəfər həlak olub, yüzlərlə insan xəsarət alıb. Dağıntı olan binalarda və evlərdə axtarış-xilasetmə işləri davam edir.
Çinin Vanuatudakı səfirliyi zəlzələ zamanı 2 Çin vətəndaşının həyatını itirdiyini açıqlayıb.
Zəlzələnin episentri Vanuatunun əsas adası olan Efate sahillərindən təxminən 30 kilometr aralıda, 57 kilometr dərinlikdə yerləşib. Yeraltı təkan paytaxt Port Vilada ciddi dağıntılara səbəb olub, o cümlədən ABŞ və digər səfirliklərin yerləşdiyi binalar zərər görüb.
Hadisədən sonra bir neçə afterşok qeydə alınıb, ən güclüsü 6,1 bal gücündə olub.
Qeyd edək ki, Vanuatu İllik Dünya Risk Hesabatına görə zəlzələ, tufan, daşqın və sunami kimi təbii fəlakətlərə ən həssas ölkələrdən biri hesab olunur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |