fbpx

74-cü Beynəlxalq Astronavtika Konqresində açıq gün keçirildi

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin sonuncu günü ictimaiyyət üçün açıq olub. Ali təhsil müəssisələrinin tələbələri, startapçılar, məktəblilər, sağlamlıq imkanları məhdud uşaqlar, şəhid və müharibə veteranlarının övladları tədbir məkanına gəliblər.

Metbuat.az xəbər verir ki, nnlar 36 ölkədən 150 şirkətin stendinin təqdim edildiyi sərgi pavilyonunda kosmik yeniliklərlə tanış olublar. İştirakçılar, həmçinin konqres çərçivəsində açılmış “NARGİS” jurnalının “GoGreen” ekosərgisinin eksponatlarına, məşhur dizayner Yan Katın “Rug Art Out of Space” sərgisində nümayiş olunan kosmik mövzulu xalçalara baxıblar.

Konqresə gələn yeniyetmə və gənclər müxtəlif ölkələrdən olan astronavtlarla görüşüb, onların uğur hekayələrini dinləyiblər. Görüş iştirakçıları, həmçinin kosmonavtlardan avtoqraf alıb, onlarla xatirə fotoları çəkdiriblər.

Uşaqlar “VR ilə Aya səyahət”, “Robotics STEAM”, “LEGO” oyunları daxil olmaqla müxtəlif əyləncəli və maarifləndirici proqramlarda iştirak edib, “Özünü astronavt kimi təsəvvür et”, “Bubble Heads” və digər zonalarda maraqlı vaxt keçiriblər. Onlar, həmçinin müxtəlif planetlərə rəmzi uçuş biletləri əldə ediblər.

Tədbir çərçivəsində Əməkdar artist Bəhram Bağırzadə uşaqlarla görüşüb, onlara avtoqraflı kitablarını hədiyyə edib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #74cü #Beynəlxalq #Astronavtika #Konqresində #açıq #gün #keçirildi

Bir Cevap Yazın

Başa dön tuşu