fbpx

8 kanala xəbərdarlıq edilib

Audiovizual yayımçılara edilən xəbərdarlıqlar və tətbiq olunan sanksiyalar açıqlanıb.

Bey.az-ın məlumatına görə, Audiovizual Şuranın sədri İsmət Səttarov ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, 8 televiziya kanalına xəbərdarlıq edilib.

O bildirib ki, 4 dəfə efir dayandırılması sanksiyası tətbiq edilib: “Televiziyada aparılan monitorinq zamanı 323 pozuntu aşkar edilib ki, bunun da 184-ü reklamla bağlı olub. Radioda 78 pozuntu olub və bunun da 50-si reklamla əlaqəlidir. Hər aşkar olunan pozuntularla bağlı daxili bildiriş göndərilib.

Misal olaraq, radiolarda Dövlət Himninin səsləndirilməsi ilə bağlı bəzən texniki problemlər də olur. Belə pozuntu üçün efirin dayandırılması nə dərəcə düzgün olar? Əgər bu hal 1 həftə ərzində təkrarlansa, o zaman ciddi sanksiya tətbiq edilə bilər”. /Oxu24

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin