fbpx

8 rus hərbçi həlak oldu

BEY.AZ informasiya agentliyi xəbər verir


Mərkəzi Afrika Respublikasının Nana-Mambere vilayətində “Wagner” qrupuna aid avtomobilin idarəetmədən çıxması nəticəsində 8 rus muzdlu hərbçisi həlak olub.

Metbuat.az xəbər verir ki, yerli mənbələr avtomobilin dərəyə aşdığını yazır. Hadisənin hansı şəraitdə baş verdiyi dəqiq məlum deyil.

Qeyd edək ki, rus muzdlu döyüşçülər Mərkəzi Afrika Respubliksında prezident Faustin-Arşanj Touderanın təhlükəsizliyini təmin edir. “Wagner” qrupu həmçinin ölkədəki bütün almaz və qızıl mədənələrini nəzarətdə saxlayır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu