fbpx

8 rus hərbçisinin ölümünə görə korpus komandiri işdən çıxarıldı

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Ötən gün Qarabağda Rusiya sülhməramlılarının avtomobilinin atəşə tutulması nəticəsində 8 rus hərbçinin ölümünə görə korpus komandiri işdən çıxarılıb.

Metbuat.az Musavat.com-a istinadən xəbər verir ki, vəzifəsindən azad edilən şəxs 1-ci Ordu Korpusunun (Bərdə Korpusu – red.) komandiri Qiyas Abbasovdur.

Bəlli olub ki, Azərbaycan tərəfə sürətlə hərəkət edən Rusiya sülhməramlılarının maşınını səhvən erməni avtomobili sayaraq atəş altına alan əsgərlər onun tabeçiliyində xidmət göstərib.

Q. Abbasovun 23 saatlıq antiterror tədbirlərində və ondan da əvvəl yetərsiz fəaliyyət göstərdiyi iddia edilir.

Qeyd edək ki, polkovnik Abbasov Qiyas Abbas oğlu 19.12.1975-ci il tarixində Ağcabədi rayon Poladlı kəndində anadan olub. Aprel döyüşləri və Vətən müharibəsinin iştirakçısı olub. Vətən müharibəsindən sonra “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın alınması uğrunda” və “Zəngilanın alınması uğrunda” medalları ilə təltif olunub.

Rüya tabirlerini burdan oku

O, 2021-ci ildə general Hikmət Həsənovun yerinə 1-ci korpusa komandir təyin olunub.

Daha əvvəl isə 3-cü ordu korpusunun komandir müavini vəzifəsində çalışıb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #rus #hərbçisinin #ölümünə #görə #korpus #komandiri #işdən #çıxarıldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu