fbpx

Abbasın Qəzza səfərinə dəstək verildi



Fələstin Prezidenti Mahmud Abbasın sədrliyi ilə toplanan Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsi, Abbasın Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı “Qəzzəyə səfər etmək qərarına gəlməsi” təşəbbüsünü müzakirə edib.

BEY.AZ xəbər verir ki, iclasda Abbasın qərarına dəstək ifadə edilib. Abbas bu səfər təşəbbüsü ilə İsrailin Qəzza zolağına hücumlarını dayandırmağı və onu bütün Fələstin torpaqlarından çıxarmağı hədəflədiyini vurğulayıb. İşğal altındakı İordan çayının qərb sahili, Qüds və Qəzza zolağı da daxil olmaqla, bütün Fələstin ərazisini vahid coğrafi siyasi vahid kimi idarə etmək səlahiyyətinin Fələstin Dövləti və Fələstin Azadlıq Təşkilatına məxsus olduğunu vurğulayan Abbas, Fələstin Təşkilatının yeganə qanuni qurum olduğunu qeyd edib.

Qeyd edək ki, Fələstin Prezidenti Mahmud Abbas Türkiyə Böyük Millət Məclisindəki çıxışı zamanı Qəzza zolağına səfər edəcəyini və səfərin məqsədinin İsrailin hücumlarını dayandırmaq olduğunu bildirib.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin