fbpx

ABŞ 40 ilin ən yüksək inflyasiyası ilə üz-üzə: İşsizlik sayı artır, tələb və təklif balansı pozulacaq

BEY.AZ informasiya agentliyi xəbər verir

Ötən ay ABŞ Konqresinin Büdcə Ofisi (CBO) 2022-2032-ci illər üçün proqnozları özündə əks etdirən “Büdcə və iqtisadi vəziyyət hesabatı”nı dərc edib. Hesabatda 2022-ci ildə mal, xidmət və əmək bazarlarında güclü tələbə qarşı təklifin məhdud olması səbəbindən inflyasiyanın yüksək səviyyədə qalacağının gözlənildiyi bildirilib.

Təklifin azalması, enerji qiymətlərinin enməsi və daha az dəstəkləyici pul siyasətinin reallaşması ilə inflyasiyanın azalacağına diqqət çəkilən sənəddə inflyasiyanın 2021-ci ilin ortalarından bu yana son 40 ilin ən yüksək səviyyəyə çatdığı göstərilib.

Soldan: ECB prezidenti Kristin Laqard, Fed sədri Cey Pauell və BoE qubernatoru Endryu Beyli

Hesabatda 2022-ci ildən sonra ölkədə iqtisadi artımın yavaşlayacağı və inflyasiya təzyiqlərinin azalacağı vurğulanıb. Qeyd olunub ki, bu il üçün büdcə kəsiri gözləntisi keçən ilin rəqəmindən 118 milyard dollar azdır. 2021-ci maliyyə ilində 2,8 trilyon dollar olan büdcə kəsiri vergi gəlirlərindəki artıma görə bu il azalaraq təxminən 1 trilyon dollar olacaq.

Bu barədə Metbuat.az-a özəl açıqlama verən tanınmış türkiyəli iqtisadçı – ekspert Ersin Dedekoca bildirdi ki, açıqlanan işsizlik məlumatları göstərir ki, ikinci rübdə ABŞ iqtisadiyyatında “resessiya” yaşanma ehtimalı artıb. Müsahibimizin fikirlərinə görə, bu kontekstdə Uzaq Şərq və Avropada oxşar iqtisadi göstəricilər nəzərə alındıqda görə bilərik ki, iqtisadi fəaliyyətlər yavaşlayıb.

Ersin Dedekoca

“ABŞ Federal Ehtiyat Sisteminin (FED) 2022-ci ilin sonuna qədər illik dərəcə 0,75 – 1% həddində olan “faiz artımı” qərarı dünyada iqtisadi inkişafa mane olacaqdır. May toplantısında ABŞ Mərkəzi Bankı (Fed) 2000-ci ildən bəri ilk dəfə faiz dərəcələrini 0,50 bənd artırıb. Fed sədri “Jerome Powell” iyun və iyul yığıncaqlarında da faiz dərəcələrində 0,50 bənd artımın müzakirə ediləcəyinin siqnalını verib. Fed-in yaxından izlədiyi PCE inflyasiyası mart ayında illik 6,6 faiz artıb. Bu göstərici son 50 ilin ən yüksək səviyyəsi olaraq qeydə alınıb. Ümumiyyətlə bu qərar üçüncü dünya ölkələrinin iqtisadiyyatlarına mənfi təsirlərini artıracaqdır. Başqa sözlə, ABŞ və Avropada inflyasiyanın yüksələn kursu açıq şəkildə “qlobal iqtisadi daralmaya” işarə edir” .

Ersin Dedekoca deyir ki, tənəzzül dövrünə qədəm qoyan qlobal iqtisadiyyat əmtəə və xüsusilə qida və neft sahəsinə daha çox təsir etdi.


Mənbə: Bloomberg

“Qeyd edim ki, Ümumdünya Ərzaq Şurasının hesabatlarında artan enerji xərcləri səbəbindən sağlam qidaya əlçatanlığının azaldığını müşahidə edirik. Digər tərəfdən, “Moody’s”, “S&P” və “Goldman Sachs” kimi qurumların peşəkarları da təsdiq edir ki, neft qiymətlərindəki artım kursu hələ bir müddət də davam edəcək. Qlobal investisiya bankı “Goldman Sachs”, Brent neftinin qarşıdakı aylarda 140 dolları keçəcəyini gözlədiyini açıqlayıb. “Morgan Stanley” də ən aqressiv ssenaridə neftin qiymətinin 150 dolları keçə biləcəyini açıqlayıb. Brent markalı neftin qiyməti 2008-ci ilin iyulunda 147,50 dollar səviyyəsinə çataraq rekord qırmışdı.Baş verənlərə görə ən çox müzakirə edilən mövzular sırasında “enerji asılılığı və davamlı enerji” həmçinin “qida təhlükəsizliyi və əlçatanlıq” məsələlər öncül təşkil edir”.

ABŞ və Avropa fond bazarları illərdir davam edən “kəmiyyət genişlənməsi” siyasəti ilə öz ölkələrinin və ya qitənin iqtisadiyyatında “iş yerlərinin yaradılması” aspektini artırmışdı. Ekspert bu vəziyyəti şərh edərək vurğuladı ki, ilin əvvəlindən həyata keçirilən “sıx pul” siyasəti bütün dünyada işsizlik sayının artmasına, tələb və təklif balansının pozulmasına gətirib çıxaracaq.

ABŞ-da son üç ilin inflyasiya göstəriciləri

“Bildirim ki, hazırda həm ABŞ, həm də Aİ ölkələrinin iqtisadiyyatında staqflyasiya yəni iqtisadi durğunluq və yüksək inflyasiyanın birgə mövcudluğu əlamətləri var. İqtisadi analitiklərin düşüncələrinə görə, hazırki vəziyyətin istiqaməti 2008-ci il böhranı və ondan sonra yaşanan “boş pul” siyasətinə doğrudur. Böhranın mahiyyətində dayanan səbəblərin təkcə maliyyə deyil, həm də “institusional və sistemli” olduğunu nəzərə alarsaq, əvvəlki sərt pul siyasətinə qayıtmaq yeganə həll yolu olmaya bilər”.

Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Cozef Bayden Ağ Evdə çıxışı zamanı deyib ki, ABŞ-da inflyasiyanın artmasının səbəbləri Ukraynadakı vəziyyəti və pandemiyadır.

Prezident deyib ki, Ukraynadakı vəziyyət ərzaq məhsullarının qiymətinin artmasına səbəb olub.

“Hazırda Ukrayna anbarlarında 20 milyon ton taxıl var. Biz onu dünya bazarına çıxarmağın yolunu tapmağa çalışırıq ki, bu da qiymətlərin aşağı düşməsinə səbəb olacaq”, – Bayden deyib.

Bayden inflyasiya ilə mübarizəni prioritet məsələlərdən hesab etdiyini də vurğulayıb.

“İnflyasiyaya çox ciddi yanaşıram, bu, mənim ölkə daxilində əsas prioritetimdir. Əksər iqtisadçılar hesab edir ki, bu problemi həll etmək həqiqətən çətin olacaq. Lakin bu, xərclərə görə deyil”, – ABŞ lideri əlavə edib.

Beynəlxalq Valyuta Fondunun apreldə dərc etdiyi hesabata görə, ABŞ-da inflyasiya son 40 ilin ən yüksək həddinə çatıb.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin