fbpx

ABŞ Braziliya prezidentinin Moskvaya səfərini ləğv etməyə çalışır

BEY.AZ informasiya agentliyi xəbər verir


ABŞ Ukrayna ilə bağlı gərginlik fonunda Braziliya prezidenti Jair Bolsonaroya Rusiyaya səfərini ləğv etməsi üçün təzyiq göstərir.

Metbuat.az xəbər verir ki, bu barədə Braziliya mediyası geniş məqalə dərc edib. Bolsonaro fevralda Moskvaya səfər etmək niyyətini təsdiqləyib. Çünki Braziliya lideri dekabrda prezident Vladimir Putin tərəfindən Rusiyaya dəvət olunub.

ABŞ dövlət katibi Entoni Blinken bu bazar günü xarici işlər naziri Karlos França ilə telefonda danışarkən Bolsonaronun Rusiyaya səfərinin Braziliyanın münaqişədə tərəf tutmasının əlaməti kimi şərh oluna biləcəyindən narahatlığını ifadə edib. Folha de Sao Paulo mediyasına görə, prezidentin gündəliyinin dəyişdirilməsi ilə bağlı açıq tələb yoxdur, lakin ABŞ arqumentləri açıq şəkildə göstərir ki, Vaşinqton səfərin baş tutmaması və ən azı təxirə salınması üçün çalışır. Eyni zamanda, mənbələr Braziliya hökumətinin indi Moskvaya səfərini ləğv etmək arzusunda olmadığını qeyd edib.

Qeyd edək ki, prezidentin görüşlərində Braziliya və Rusiya arasında ikitərəfli münasibətlər avropanın şərqindəki geosiyasi vəziyyətlə əlaqələt müzakirə ediləcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin